Xəzər dənizində baş vermiş zəlzələ Qazaxıstanda da hiss olunub

Tokio, 4 iyul , /AJMEDIA/

Xəzər dənizində baş vermiş zəlzələ Qazaxıstanın qərbində yerləşən Aktau liman şəhərində də hiss olunub.
AJMEDIA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin seysmoloji təcrübə-metodiki ekspedisiyası məlumat verib.
Qazaxıstanlı seysmoloqların məlumatına görə, yeraltı təkanlar Aktauda 2-3 bal gücündə hiss olunub.
Xatırladaq ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası 5.7 olan zəlzələ qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts