Worldometer: Dünyada koronavirusa yoluxma halları 500 milyonu ötüb

Tokio, 12 aprel , /AJMEDIA/

Dünya üzrə COVID-19 infeksiyasına yoluxma hallarının sayı 500 milyonu ötüb.

AJMEDIA pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, aprelin 11-də dünyada koronavirusa 554 min 482 yoluxma və 2 min 48 ölüm faktı təsdiqlənib. Bu günə olan son məlumata görə isə daha 344 min yeni yoluxma halı qeydə alınıb və beləliklə, hazırda yoluxanların ümumi sayı 500 milyon 70 min 515 nəfərə yüksəlib. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 6 milyon 206 min 108 nəfərə, sağalanların sayı isə 449 milyon 923 min nəfərə çatıb.

ABŞ COVID-19 infeksiyasına həm yoluxanların, həm də ölənlərin sayına görə dünyada liderlik edir. Ölkədə koronavirusa 82 milyon 103 mindən çox insan yoluxub, onlardan 1 milyon 12 min 461-i həyatını itirib.

Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 43 milyon 36 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 521 min 723 nəfər vəfat edib. Sonrakı yeri tutan Braziliyada pandemiya dövrü ərzində 30 milyon 161 min nəfər virusa yoluxub, 661 min 389 nəfər virusun qurbanı olub.

Qeyd edək ki, Azərbaycan virusa yoluxma sayına görə dünya statistikasında 71-cı yerdədir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts