“WhatsApp”-a mesaj redaktə funksiyası gəlib

Tokio, 23 may , /AJMEDIA/

“WhatsApp”-a mesaj redaktə funksiyası gəlib. İstifadəçilər göndərilən mesajları “iMessage”, “Telegram” və digər mesajlaşma proqramlarındakı kimi redaktə edə bilərlər.

AJMEDIA-nın məlumatına görə, “WhatsApp”-da göndərilən mesajı redaktə etmək üçün söhbətdə redaktə etmək istədiyiniz mesajı sıxıb saxlamaq və seçimlərdən “Düzənlə”nin üzərinə klikləmək kifayətdir. “Telegram”-dan fərqli olaraq, onun vaxt məhdudiyyəti var. Redaktə mesaj göndərildikdən sonra 15 dəqiqə ərzində edilməlidir.

“WhatsApp” redaktə edilmiş mesajların göndərən tərəfində “redaktə edilmiş” etiketini göstərir. Redaktə yalnız mətn mesajlarına aiddir. Fotoşəkilləri, videoları, sənədləri paylaşarkən əlavə edilən şərhlər üçün redaktə seçimi yoxdur.

“WhatsApp” bütün dünyada “Android” və “iOS” istifadəçilərinə mesajların redaktə edilməsi funksiyasını tədricən yaymağa başlayacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts