“Warner Bros.” studiyası “Yarasa adam” filminin Rusiya premyerasını ləğv edib

Tokio, 2 mart , /AJMEDIA/

Film Studiyası “Warner Bros.” Ukraynadakı vəziyyətə görə Mett Rivzin “Yarasa adam” filminin Rusiya premyerasını ləğv edib.

AJMEDIA kulturomania.ru saytına istinadla xəbər verir ki, premyera martın 2-də keçirilməli idi. Filmin süjetinə görə boz Cəngavər eyni anda bir neçə super cani ilə qarşılaşır, onlardan biri də Riddlerdir.

Film martın 1-də bütün dünyada təqdim olunub.

Filmdə baş rolu Robert Pattinson oynayıb. “Yarasa adam” filmində Zoe Kravitz, Pol Dano, Ceffri Rayt, Con Turturro, Piter Sarsqaard və başqaları çəkilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts