Volodimir Zelenski Türkiyəyə humanitar yardımın göndərilməsi barədə sənəd imzalayıb

Tokio, 7 fevral , /AJMEDIA/

Ukrayna Prezidenti Volodimir Zelenski güclü zəlzələdən zərər çəkən Türkiyəyə humanitar yardım göndərilməsi barədə sənəd imzalayıb.
AJMEDIA xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin saytı məlumat yayıb.
Sənədə əsasən, Türkiyəyə humanitar yardımın göstərilməsi Ukrayna Nazirlər Kabineti tərəfindən həyata keçirilməlidir.
Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar bununla bağlı keçirilən brifinqdə bildirib ki, ukraynalı xilasedicilər güclü zəlzələlərin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün bu gün Türkiyəyə çatacaqlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts