Tokio, 8 aprel , /AJMEDIA/
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hərbçilərinin Donetsk vilayətinin Kramatorsk şəhərinin dəmiryol vağzalına “Toçka-U” raketi ilə zərbə endirdiyini bildirib.
AJMEDIA xəbər verir ki, bu barədə Volodimir Zelenski feysbukdakı səhifəsində məlumat verib.
“Kramatorsk dəmir yolu vağzalında minlərlə ukraynalı dinc sakin təxliyə gözlədiyi zaman ora “Toçka-U” raketi ilə vurulub, 30-a yaxın ölü, 100-ə yaxın insan müxtəlif dərəcəli xəsarətləri alıb. Polis və xilasedicilər artıq hadisə yerindədirlər”, – deyə Zelenski əlavə edib.