Volodimir Zelenski Baxmut istiqamətində ukraynalı hərbçilərlə görüşüb

Tokio, 5 sentyabr , /AJMEDIA/

Ukrayna Prezidenti Volodimir Zelenski Baxmut istiqamətində hücum əməliyyatları aparan Ukrayna hərbçilərinin döyüş briqadalarını ziyaTokio, 1 sentyabr , /AJMEDIA/rət edib.

Bu barədə Ukrayna Prezidentinin Ofisinə istinadla xəbər verir.

Zelenski 93-cü “Xolodnı Yar” ayrıca mexanikləşdirilmiş briqada, Qış kampaniyasının Cəngavərləri adına 28-ci əlahiddə mexanikləşdirilmiş briqada və ataman İvan Sirko adına 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın yerləşdiyi məkanda olub.

O, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, “Xortitsa” qoşunlarının operativ-strateji qrupunun komandiri Aleksandr Sırski ilə görüşüb və “Liman” OTQ və “Soledar” OTQ-nin cavabdeh olduğu zonalarda operativ vəziyyət ilə bağlı məruzələri dinləyib.

Prezident tabor komandirləri ilə bölmələrin problem və ehtiyaclarını, xüsusilə də artilleriya mərmiləri, ön xətt hava hücumundan müdafiə sistemləri üçün raketlər, təxliyə maşınları və REM texnikası ilə təminatını ətraflı müzakirə edib.

Zelenski qeyd edib ki, danışıqların nəticələrinə görə Ali Baş Komandan Qərargahı üçün əlavə suallar yaranıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts