Voleybol üzrə Azərbaycan çempionatının oyunu xəstəliyə görə təxirə salınıb

Tokio, 6 dekabr , /AJMEDIA/

Kişi voleybolçular arasında Azərbaycan çempionatında bu gün keçirilməsi nəzərdə tutulan “Xarı Bülbül Laçın” – “Neftçi” matçı təxirə salınıb.

Azərbaycan Voleybol Federasiyasından (AVF) AJMEDIA-ya verilən məlumata görə, buna bəzi oyunçuların səhhətində problem yaranması səbəb olub.

“Neftçi”nin AVF-yə ünvanladığı müraciətdə komandanın 6 oyunçusunda – Emin Abdullayev, Milad Salehi, Abdullah Azmun, Məhəmməd Nouruzi, Məhəmməd Abulhasani və Mohsen Vazehidə yüksək hərarət (Diaqnoz- Kəskin Respirator Xəstəlik, KRX) müşahidə edildiyi bildirilib. Federasiya yaranmış vəziyyəti nəzərə alaraq, qarşılaşmanın təxirə salınmasına qərar verib.

Bildirilib ki, oyunun keçirilmə vaxtı ilə bağlı əlavə məlumat veriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts