Vladanka Andreeva: Qarabağda dövri iqtisadiyyat modelindən istifadə etməliyik

Tokio, 26 oktyabr , /AJMEDIA/

“Mədənçilik sənayesinin ətraf mühitə, iqlim dəyişmələri ilə mübarizəyə və sosial kapitala böyük töhfələri ola bilər. Həmçinin 2030-cu il davamlı inkişafa nail olmağa kömək edə bilər. Lakin mədənçilik şirkətləri öhdəlikləri başa düşməli, öz işlərini təhlükəsiz şəkildə yerinə yetirməlidirlər ki, həm yerli cəmiyyət, həm də iqlim dəyişmələri ilə mübarizəyə müsbət təsir göstərsinlər. Bunun üçün bir neçə təkliflər irəli sürülüb. Mədənçilik şirkətləri davamlı biznes modelinə keçməli, dayanıqlı inkişaf məqsədlərini öz işlərinə tətbiq etməli, cəmiyyətin transformasiyası və gələcək nəsillərin faydalanması üçün zamandan yaxşı istifadə olunmalıdır”.

AJMEDIA xəbər verir ki, bunu BMT-nin rezident-əlaqələndiricisi Vladanka Andreeva Beynəlxalq Geologiya-Mədənçilik Forumunda çıxışı zamanı deyib.

V.Andreeva bildirib ki, mədənçilik sektoru müasir iqtisadiyyatın inkişafı üçün çox vacib sahələrdən biridir. Təbii ki, bu zaman çağırışlar da nəzərə alınmalıdır. Ətraf mühitə qarşı diqqətli olmaq vacib çağırışlardandır. Təkcə ətraf mühit deyil, səhiyyə sahəsi də diqqətdən kənarda qalmamalıdır. Odur ki, qeyd etməliyəm ki, Azərbaycan hökuməti mədənçilik sahəsində yoluxmaların qarşısının alınması üçün çox böyük işlər görüb.

“Biz Azərbaycanın 2030-cu il dayanıqlı inkişaf məqsədlərinə nail olmasına çalışacağıq. Ən yaxşı şəkildə işlərimizi azad olunmuş torpaqlarda da görə bilərik. Qarabağda dövri iqtisadiyyat modelindən istifadə etməliyik”, – deyə V.Andreeva qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts