Tokio, 22 yanvar , /AJMEDIA/
“ORACLE ADVISORY GROUP” təşkilatı dünyanın müxtəlif ölkələrində keçirilən səsvermə prosesində iştirak edir. Azərbaycanda keçirilən prezident seçkilərində iştirakımız 25-ci qlobal səsvermə olacaq.
AJMEDIA xəbər verir ki, bunu Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edən ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatının nümayəndəsi Vlada Galan deyib.
Qeyd edək ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində səsvermə günü “exit-poll” keçirmək üçün MSK-ya müraciət edənlərdən biri də Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasıdır. Liqa “exit-poll”u ABŞ-ın “OREACLE ADVISORY GROUP” təşkilatı ilə birgə keçirəcək.