Vitse-prezident: Avropada Azərbaycan qazına böyük tələbat var

Tokio, 6 iyun , /AJMEDIA/

Almaniya ekologiyaya çox ciddi diqqət yetirən bir dövlətdir və 2045-ci ilə kimi enerji istehlakında tamam yaşıl enerjiyə keçməyi planlaşdırıb. Bu istiqamətdə atılan addımlardan biri kömürdən tamamilə imtina etmək olub. Almaniyada bütün kömür yataqlarının istismarı dayandırılıb.

AJMEDIA xəbər verir ki, bu sözləri Almaniyanın “Uniper” şirkətinin vitse-prezidenti Mixael Himler Bakı Enerji Forumunun ikinci günündə “Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, bütün bunlara baxmayaraq təbii qaza olan tələbat hələ uzun illər boyu davam edəcək.

“Almaniya yaşıl enerjiyə keçid üçün bir sıra tədbirlər görsə də təbii qaz ilə təchizatını da diqqətdə saxlayır. Avropanın bir çox dövləti, o cümlədən Almaniya Rusiya qazından imtina etdikdən sonra qitədə enerji böhranı yarandı və qiymətlər 7 dəfə artdı. Buna görə də Avropada Azərbaycan təbii qazına böyük tələbat var. Bizim şirkət 2013-cü ildə SOCAR ilə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından qaz almaq haqqında razılaşma imzalayıb. Almaniyada məişətdə təbii qaza hələlik çox böyük tələbat var. SOCAR ilə imzalanan müqavilə ilə biz qaz idxalımızı şaxələndiririk”, – deyə

M.Himler qeyd edib.

Şirkətin vitse-prezidenti əlavə edib ki, Almaniya hazırda 275 qiqavat yaşıl enerji istehsal etməyi planlaşdırıb: “Bu çox yaxşı təşəbbüsdür və artıq külək elektrik stansiyasından enerji alınır. Almaniyada enerjiyə olan tələbatın yalnız 10 faizi yaşıl enerji hesabına ödənilir. Lakin nəzərə almaq lazımdır ki, sənayedə və istehsal müəssisələrində təbii qaza tələbat çox böyük həcmdədir və yaxın gələcəkdə də eyni səviyyədə qalacaq”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts