Tokio, 7 oktyabr , /AJMEDIA/
Vladimir Vısotskinin “Fyodorun mahnısı” adlandırılan “Soyuqda” mahnısının əlyazmasının naməlum redaksiyası onlayn auksionda satılıb. Lotun ilkin qiyməti 140 min rubl təşkil edib, lakin hərrac zamanı əlyazmanın qiyməti təxminən iki dəfə artıb.
AJMEDIA Rusiya KİV-lərinə istinadla xəbər verir ki, əlyazmanın son qiyməti 250 min rubla çatıb.
“Litfond” hərrac evinin mətbuat xidmətindən bildirilib ki, əlyazma 1960-cı illərə aiddir. Bu, Vladimir Vısotskinin əlyazmada “Fyodorun mahnısı” adlandırılan populyar “Soyuqda” mahnısının mətninin bundan əvvəl məlum olmayan redaksiyasıdır.
Ekspertlərin sözlərinə görə, əlyazma muzey eksponatı kimi dəyərlidir. Onu əldə edən şəxsin adı açıqlanmır.