Viktor Orban: Azərbaycan Aİ üçün strateji əhəmiyyətli ölkədir

Tokio, 8 sentyabr, /AJMEDIA/

İtaliyada keçirilən Çernobbio Beynəlxalq Forumunda jurnalistlərin suallarını cavablandıran Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanı Avropa İttifaqı üçün strateji əhəmiyyətli ölkə adlandırıb.

AJMEDIA xəbər verir ki, Macarıstan hökumətinin başçısı deyib: “Azərbaycan Avropa ilə sıx əməkdaşlıq edir. Hazırda Azərbaycan strateji əhəmiyyətə malik ölkəyə çevrilib. Ona görə də Avropa Şurasının sədri kimi, biz Azərbaycanla strateji əməkdaşlığın inkişafını dəstəkləyirik”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts