Tokio, 21 fevral, /AJMEDIA/
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “vikipediya” könüllüləri “Şuşa İli” çərçivəsində məqalələrin yaradılmasını və zənginləşdirilməsini həyata keçirirlər.
Bu sözləri AJMEDIA-ya “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
“Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Vikipediya” könüllüləri “Vikipediya”nın özbək dili bölməsində Azərbaycana dair məqalələri sistemli şəkildə yaradırlar. Uzun müddətdir ki, Mərkəzin könüllülərinin fəaliyyətini izləyirəm. Könüllülər tərəfindən ortaya keyfiyyətli və səmərəli iş qoyulur. Məqalələr akademik və elmi mənbələrlə zənginləşdirilir. Artıq könüllülər “Şuşa İli” çərçivəsində məqalələr yaradıblar. Məqalələr Şuşanın tarixi memarlığını əhatə edir.
Qeyd edim ki, Mərkəzin könüllüləri Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılan “Qorqud” Vikipediya Metodik Klubunun təlimlərində də uğurlu iştirak ediblər”.