VII qrant müsabiqəsinə layihələrin qəbulu başlayır

Tokio, 15 fevral , /AJMEDIA/

Fevralın 15-dən təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinə layihələrin qəbulu başlayır.
Bu barədə AJMEDIA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu martın 31-dək www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.
Qrant müsabiqəsi barədə ətraflı məlumatı elan vasitəsilə əldə etmək olar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts