Vətən müharibəsinin salnaməsi: 18 oktyabr

Tokio, 18 oktyabr , /AJMEDIA/

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.
AJMEDIA 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

Müharibənin 22-ci günü

• Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Prezident İlham Əliyev bunu özünün rəsmi tviter səhifəsində bildirib.

• Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli şəhərinin və Füzuli rayonunun bir sıra kəndlərinin işğaldan azad edilməsi ilə bağlı rəsmi instaqram hesabında paylaşım edib.

• İşğaldan azad olunan Füzuli şəhərində Azərbaycan bayrağı qaldırıldı.

• Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 2 ədəd S-300 ZRK, 3 ədəd BM-21 “Qrad” YARS qurğusu, 2 ədəd “Smerç” yaylım atəşli raket sistemi, 5 tank, bir neçə haubitsa və zenit topları, o cümlədən avtomobil texnikaları və xeyli sayda canlı qüvvəsi məhv edilib. Ermənistan ordusunun Ağdərə, Füzuli, Hadrut, Cəbrayıl istiqamətində hücuma keçmək cəhdləri Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətlə dəf edilib və düşmən itki verərək geri çəkilməyə məcbur olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

• Cəbhənin Cəbrayıl istiqamətində Ermənistan silahlı qüvvələrinin “Su-25” hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vurulub.

• Müdafiə Nazirliyi Ermənistan ordusunun xüsusi təyinatlılarının mövqelərini tərk edərək qaçmasını əks etdirən videogörüntülər paylaşıb.

• Fövqəladə Hallar Nazirliyi Gəncədə düşmənin raket zərbələri nəticəsində dağılan binada axtarış-xilasetmə işlərinin yekunları barədə məlumat yayıb. Məlumata görə, dağıntılar altından xəsarət almış 53 nəfər və 13 cəsəd çıxarılıb.

• Düşmən cəbhənin Füzuli istiqamətində xeyli sayda hərbi texnikasını və silah-sursatını ataraq qaçıb – foto-video.

• Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı məhv edilib.

• Cəbhə bölgəsindən yüz kilometrlərlə aralıda yerləşən Xızı rayonuna atılan raket Sitalçay qəsəbəsi ərazisində havada zərərsizləşdirilib.

• Füzuli rayonu ərazisində düşmənin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib.

• AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri düşmənin ağır artilleriya qurğularından atəşə tutduğu Ağdam rayonunun Qaradağlı kəndində çəkilişlər aparıb, sakinlərlə həmsöhbət olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts