Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub

Tokio, 28 iyun , /AJMEDIA/

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı münasibətilə Vətən müharibəsində igidlik və qəhrəmanlıq nümunəsi göstərərək şəhid olmuş hərbi qulluqçuların ailələrinə baş çəkiblər.
Daxili İşlər Nazirliyindən AJMEDIA-ya bildirilib ki, polis əməkdaşları onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıb, gətirdikləri bayram sovqatını təqdim ediblər.
Görüşlər zamanı şəhidlərimizin əziz xatirələri yad edilib, onların müqəddəs amal uğrunda canlarından keçdikləri vurğulanıb.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts