Tokio, 1 yanvar , /AJMEDIA/
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Zəngilan rayon nümayəndəliyinin əməkdaşları və Zəngilan rayon Bartaz kənd Uşaq Musiqi Məktəbinin müəllim kollektivi Vətən müharibəsi şəhidi İsmayıl Davud oğlu Mehdiyevin ailəsini ziyarət edib.
İdarədən AJMEDIA-ya bildirilib ki, ziyarətdə şəhidin döyüş yolundan söhbət açılıb, ailəyə maddi və mənəvi dəstək göstərilib.
Xatırladaq ki, İsmayıl Mehdiyev 23 yanvar 2002-ci ildə Bakı şəhərində anadan olub. O, Naxçıvan şəhərində Heydər Əliyev adına hərbi liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsil alıb, Vətən müharibəsinin ilk günündən döyüşlərə könüllü qatılıb. 2020-ci il noyabrın 1-də itkin düşən şəhidin nəşi dekabrın 12-də tapılıb, II Fəxri xiyabanda dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamları ilə İsmayıl Mehdiyev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.