Vətən müharibəsi şəhidi Ataməli Musaoğlunun xatirəsi anılıb

Tokio, 16 oktyabr , /AJMEDIA/

İkinci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Ataməli Musaoğlunun anım mərasimi keçirilib. Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Səbinə Xasayeva, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhidin hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətindən AJMEDIA-ya bildirilib ki, əvvəlcə şəhidin məzarı ziyarət olunub, üzərinə əklil qoyulub.
Sonra şəhidin ailəsi ziyarət olunub. Şəhid Ataməli Musaoğlunun valideynləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edib, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Daha sonra şəhidin ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts