Vətən müharibəsinə həsr olunan film-tamaşa təqdim edilib

Tokio, 9 noyabr , /AJMEDIA/

ƏSA Teatrı tərəfindən hazırlanan “Qonşu” film-tamaşası “YouTube” platformasında yayımlanıb.

AJMEDIA xəbər verir ki, sözügedən film-tamaşa respublika üzrə keçirilən 4.4 Qısa Tamaşalar Festivalında birinci yerə layiq görülüb.

Səhnə əsərinin əsas ideyası Azərbaycan xalqının Vətənə olan əvəzolunmaz sevgisinin, qarşılıqsız məhəbbətinin təbliği ilə yanaşı, yüz illərlə dəyişməyən, əksinə daha da alovlanan mənfur erməni xislətinin ifşasıdır.

Tamaşanın müəllif və quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, prodüseri Nicat Qulamdır.

Qeyd edək ki, tamaşada 44 günlük Vətən müharibəsinin canlı şahidi – ikinci qrup Qarabağ müharibəsi qazisi Elvin Şahmərdan da iştirak edir. Film-tamaşaya teatrın yutub səhifəsindən baxmaq olar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts