ÜST rəsmisi: Düşünürəm ki, COP29 çərçivəsində ətraf mühiti qorumaq istiqamətində mühüm addımlar atılacaq

Tokio, 22 avqust, /AJMEDIA/

“Planetimiz 4,5 milyard yaşındadır. Bundan 10 min il öncə mədəniyyət deyə bir anlayış yox idi. Sonra insan cəmiyyəti inkişaf etdikcə, sənaye istehsalı artdıqca, texnologiyanın inkişafı, bütün bunlar iqlim dəyişikliklərinə də səbəb oldu”.

AJMEDIA xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Şamaxıda keçirilən COP29 çərçivəsində “4-cü sənaye texnologiyalarının iqlim dəyişikliyi ilə mübarizədə rolu” mövzusunda tədbirdə çıxışında deyib.

“Texnoloji inkişafın müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də çoxdur. Bu gün biz cəmiyyətdə ətraf mühiti qorumaq mədəniyyətini aşılamaq üçün səylərimizi birləşdirməliyik. Düşünürəm ki, Azərbaycanın ev sahibliyi edəcək COP29 çərçivəsində bu istiqamətdə çox mühüm addımlar atılacaq”, – deyə Hande Harmancı əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts