ÜST nümayəndəsi: Dünyada hospitalizasiya olunmuş hər 100 xəstədən 7-də xəstəxanadaxili infeksiya aşkarlanır

Tokio, 25 fevral, /AJMEDIA/

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, dünyada hospitalizasiya olunmuş hər 100 xəstədən 7-də ən azı bir xəstəxanadaxili infeksiya aşkarlanır. Xəstəxanadaxili infeksiyalara inkişaf səviyyəsindən asılı olmayaraq, demək olar ki, bütün ölkələrdə rast gəlinir.

AJMEDIA xəbər verir ki, bu barədə ÜST-nin Azərbaycan nümayəndəliyinin “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsinin rəhbəri Tural Qulu deyib.

O bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində belə, reanimasiyaya düşən xəstələrdə xəstəxanadaxili infeksiyalar aşkarlanır.

T.Qulunun dediyinə görə, xəstəxanadaxili infeksiyaların qarşısının alınması üçün ölkədə ÜST-nin təşkilatçılığı ilə müxtəlif təlim və seminarlar həyata keçirilir: “Son dövrlərdə infeksiyaların profilaktikası və müalicəsi üçün Azərbaycanda 900 nəfər tibb işçisi onlayn və oflayn formatlarda təşkil edilmiş təlimlərə cəlb edilib”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts