UNESCO: “Təhsil və gender bərabərliyi Nizami Gəncəvi fəlsəfi prizmasından” adlı virtual konfrans keçiriləcək

Tokio, 22 Sentyabr, /AJMEDIA/

2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Həmçinin Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Bu münasibətlə milli və beynəlxalq səviyyədə dahi mütəfəkkir və şairə həsr edilmiş tədbirlər keçirilir.

AJMEDIA xəbər verir ki, sentyabrın 24-də Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi “Nizami Gəncəvi İli” çərçivəsində “Təhsil və gender bərabərliyi Nizami Gəncəvi fəlsəfəsi prizmasından” adlı virtual konfrans təşkil edəcək.

Konfransı UNESCO yanında daimi nümayəndə, səfir Elman Abdullayev giriş sözü ilə açacaq.

Tədbirdə UNESCO Baş direktorunun təhsil üzrə müavini Stefaniya Cianini, Azərbaycan respublikası mədəniyyət nazirinin birinci müavini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Elnur Əliyev, UNESCO Baş Direktorluğu yanında gender bərabərliyi şöbəsinin direktoru Cəmilə Seftaui, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyanın Baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Seymur Fətəliyev çıxış edəcəklər.

Vebinarda Nizami Gəncəvi irsini araşdıran yerli və beynəlxalq tədqiqatçılar çıxış edərək, Nizami yaradıcılığında gender bərabərliyindən danışacaqlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts