UNESCO-nun mənzil-qərargahında Mövlana Cəlaləddin Rumiyə həsr edilmiş sərgi açılıb

Tokio, 7 iyun , /AJMEDIA/

UNESCO-nun mənzil-qərargahında Şərqin dahi mütəfəkkiri, qardaşlığı bütün insanlara tövsiyə edən və buna görə də bütün dinlər və millətlər tərəfindən təqdir edilən böyük şəxsiyyət Mövlana Cəlaləddin Ruminin anadan olmasının 815 illiyi münasibətilə sərgi açılıb.

AJMEDIA xəbər verir ki, sərgidə XIII əsrdən dünyaya tolerantlıq dərsi verən Ruminin müxtəlif dillərə tərcümə olunmuş kitabları, miniatür sənət əsərləri nümayiş olunur. Cəlaləddin Ruminin müxtəlif dillərdə böyük afişalarda yazılmış müdrik kəlamları, şeirlərindən parçalar ziyarətçilərin diqqətini daha çox cəlb edir. Dövrümüzdə böyük əhəmiyyət daşıyan mədəniyyətlərarası dialoqun düsturunu yazmış Mövlana Cəlaləddin Ruminin bu sahədə təlimlərindən çox şey öyrənilməlidir.

Şərq İslam dünyasının görkəmli klassikinin təxminən 26 min beytdən ibarət olan “Mənəviyyat məsnəviləri” və “Məsnəviye-Şərif” adlandırılan qiymətli didaktik xarakterli hikmət xəzinəsi olan poemasının əlyazması 6 dəftərdən ibarətdir. Mövlana “Məsnəvi” kitabında maarifləndirici, dini bilikləri, yaşadığı illərə qədər cəmiyyət üçün keçərli olan anlayış və davranışları, mənəvi-əxlaqi dəyərləri, iman sahibi, mömin bir bəndə olaraq inandırıcı bir üslubla, həm də bədii və axıcı dillə vəsf etmişdir. Dünya ədəbiyyatının incisi sayılan bu əsərdə sufiliklə bağlı elmi və əxlaqi fikirlər kiçik, lakin yaddaqalan ibrətamiz əhvalatlar şəklində təqdim olunur.

Onun fikrincə, dünyada var olan bütün elmlər, sənətlər və varlıqlar insanı bəxtiyar etmək üçün mövcuddur. İnsan Allahı dərk etdiyi, onun hökmlərini yerinə yetirdiyi zaman mənəvi cəhətdən paklaşır, ruhən kamilləşir.

Sərgi iyunun 8-dək davam edəcəkdir.

Ətraflı

Follow us on social

Facebook Twitter Youtube

Related Posts