Tokio, 6 fevral , /AJMEDIA/
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ömürboyu Təhsil Mərkəzi İnsan Resurslarının İdarəedilməsi (HRM) mini-MBA sertifikatlı təlim proqramına start verir.
UNEC-dən AJMEDIA-ya bildirilib ki, proqramın tədrisi ölkənin HR sahəsi üzrə təcrübəli mütəxəssisləri tərəfindən həyata keçiriləcək. Tədris prosesi müasir kompüter proqramlarından (simulyasiya, bu sahədə IT proqramları) istifadə etməklə, innovativ pedaqoji fəaliyyətlər (problemli təlim, layihə üsulu, tədrisə refleksiv yanaşma) əsasında aparılacaq.
Mini-MBA proqramı HR idarəedilməsi sahəsində çalışanların idarəetmə bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır və bu istiqamətdə xüsusi təcrübələrə uyğunlaşdırılıb.
Bu proqramda iştirak etmək üçün fevralın 29-dək qeydiyyatdan keçmək mümkündür. Dərslər martın 1-dən başlanacaq. Proqramın müddəti 6 aydır və 5 moduldan ibarətdir. Hər modul 1 ay və ya 1,5 aylıq dövrü əhatə edir.