Ümumdünya Poçt İttifaqı akademik Zərifə Əliyevaya həsr olunmuş xüsusi buraxılış hazırlayıb

Tokio, 31 mart , /AJMEDIA/

Cari ilin mart ayında Ümumdünya Poçt İttifaqı (ÜPİ) ilk dəfə olaraq “#WomenHistoryMonth” və “Shestamps” kampaniyasının icrasına başlayıb. Kampaniyada dünyanın hər yerindən məşhur və görkəmli qadınlara həsr olunmuş filateliya məhsulları təqdim olunur.

AJMEDIA xəbər verir ki, ÜPİ-nin növbəti buraxılışı Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevaya həsr olunub.

Ümumdünya Poçt İttifaqının rəsmi səhifələrində dərc olunan məlumatda Azərbaycanda oftalmologiyanın inkişafında mühüm xidmətləri olan görkəmli oftalmoloqun peşə fəaliyyəti haqqında ətraflı məlumatlar yer alıb.

Kampaniyada istifadə olunan poçt markası 2018-ci ildə buraxılıb və Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts