Tokio, 16 fevral, /AJMEDIA/
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) əqli mülkiyyətdən istifadə edərək yüksək nailiyyətlər əldə edən sahibkarlar və fərdlər üçün Qlobal Mükafatlar proqramını həyata keçirir.
Bu barədə AJMEDIA-ya Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, proqramın məqsədi innovasiya və yaradıcılıq vasitəsilə tərəqqiyə və insanların həyatını yaxşılaşdırmağa kömək edənləri dəstəkləməkdir.
Proqramda iştirak etmək üçün martın 14-dək müraciət etmək olar.
ÜƏMT-nin üzv dövlətlərindən olan namizədlər proqramın sonunda yeddi nəfərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Qlobal Mükafatlar proqramı ilə bağlı daha ətraflı məlumatı ÜƏMT-nin internet səhifəsindən əldə etmək mümkündür.