Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq və heç vaxt unudulmayacaq

Tokio, 14 iyun , /AJMEDIA/

Milli Kitabxanada Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib.

Kitabxanadan AJMEDIA-ya bildirilib ki, tədbirdə tarixi günlərin xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyduğu vurğulanıb. Bildirilib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun tarixi də belə tarixi günlərdən ən önəmlisidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı böyük bəladan – parçalanma təhlükəsindən xilas etdi. Ölkənin sosial-iqtisadi və siyasi cəhətdən inkişaf etməsində, möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Ümummilli Lider Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etdi, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrildi. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir.

Diqqətə çatdırılıb ki, bu gün qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində böyük iqtisadi uğurlara imza atılıb, 44 günlük Vətən müharibəsi isə bu uğurun zirvəsi hesab oluna bilər.

Xüsusi olaraq vurğulanıb ki, müstəqil Azərbaycan dövləti durduqca Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq və heç vaxt unudulmayacaq.

Sonda tədbir iştirakçıları “15 İyun – Milli Qurtuluş Günü” adlı ənənəvi kitab sərgisi ilə tanış olublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts