Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirib

Tokio, 6 may , /AJMEDIA/

Mayın 6-da Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
AJMEDIA xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan “100 il – 100 ağac” başlığı altında reallaşan aksiyası Bakı Ekspo Mərkəzinin həyətyanı sahəsində gerçəkləşib.
Aksiya ətraf mühitin qorunmasına və bərpasına hər zaman böyük önəm vermiş Ulu Öndərin 100 illik yubileyini qeyd etmək məqsədi daşıyıb. Heydər Əliyev Azərbaycan təbiətinə xüsusi önəm vermiş, onun daim təbii və ilkin toxunulmazlığını qorumağın vacibliyini zəruri hesab etmişdir. Onun ölkəyə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanda ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə böyük diqqətlə yanaşılıb, paytaxtla yanaşı regionlarda yaşıllaşdırma işlərinə xüsusi əhəmiyyət verilib.
Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının Sədri Fərid Məmmədov tədbirdə açılış nitqi ilə çıxış edib. Ağacəkmə aksiyasında “Caspian Event Organisers”, “Iteca Caspian”, “AzExpoMontage”, “Caspian Freight Services”, “GREENWICH Travel Club” şirkətləri və Bakı Ekspo Mərkəzinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası tərəfindən təşkil edilən ağacəkmə tədbiri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir daha yad edərək, onun yaşıllıqlara, təbiətin mühafizəsinə olan qayğı ənənəsini davam etdirir.
Bundan əlavə, ağacəkmə aksiya ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də insanların ekoloji problemlərə daha həssas yanaşmasına və bununla bağlı birgə fəaliyyətə səsləməyə xidmət edən faydalı fəaliyyət növlərindən ibarətdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts