“Ulu Öndər Heydər Əliyev və mədəniyyət: aforizmə çevrilmiş kəlamlar” adlı videoçarx hazırlandı

Tokio, 1 may , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, “Ulu Öndər Heydər Əliyev və mədəniyyət: aforizmə çevrilmiş kəlamlar” adlı videoçarx hazırlandı.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası respublikada ilk dəfə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Ulu Öndər Heydər Əliyev və mədəniyyət: aforizmə çevrilmiş kəlamlar” adlı videoçarx hazırladı.
Videoçarx müasir Azərbaycan dövlətçiliyinin banisi, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.
Videoçarxda Ulu Öndərin mədəniyyət, incəsənət, teatr, kino, mədəniyyət xadimləri, şair və yazıçılar haqqında söylədiyi dəyərli və bənzərsiz fikirlər öz əksini tapmışdır. Burada Ulu Öndərin mədəniyyət və incəsənət xadimləri ilə çəkdiyi fotoşəkillərdə yerləşdirilib.
Videoçarx Heydər Əliyevin mədəniyyət haqqında dediyi “Azərbaycan qədim mədəniyyət ölkəsidir. Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox olduqca qiymətli mədəniyyət əsərləri, memarlıq, sənət abidələri, olduqca dəyərli təsviri sənət əsərləri bəxş etmişdir” aforizmi ilə başlanır.
Videoçarxda Ulu Öndərin incəsənət xadimləri Üzeyir Hacıbəyli, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Niyazi, Qəmər Almaszadə, Mstislav Rostropoviç, Leyla Bədirbəyli, Tofiq Quliyev, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Zeynəb Xanlarova, Fidan və Xuraman Qasımovalar, şair və yazıçılar Nizami Gəncəvi, Füzuli, Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov, Hüseyn Cavid, Cəfər Cabbarlı, Əliağa Vahid, İsmayıl Şıxlı, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Məhəmməd Hüseyn Şəhriyar, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Yusif Səmədoğlu, teatr xadimləri Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Mirzəağa Əliyev və b., rəssamlar Bəhruz Kəngərli, Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev və başqaları haqqında sitatları, fikirləri təqdim olunur.
Videoçarx Xalq artistləri Faiq Ağayevin ifasında “Dahi” və Ağadadaş Ağayevin ifasında “Xalq Heydər söyləyəcək” mahnıları ilə müşayiət olunur.
Videoçarxı Yasamal rayon MKS-nin YouTube kanalında izləmək olar:

v=dPL9TBY8rJQ”>https://www.youtube.com/watch?v=dPL9TBY8rJQ

Follow us on social

Facebook Twitter Youtube

Related Posts