Site icon AJMEDIA Azərbaycanca

Ukraynanın müdafiə naziri: Müdafiə gücümüzün artırılmasında Türkiyənin böyük xidməti var

Tokio, 30 Oktyabr, /AJMEDIA/

Ukraynanın müdafiə gücünün artırılmasında Türkiyənin böyük xidməti var.

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü ilə bağlı Kiyevdə keçirilən rəsmi qəbulda çıxışı zamanı Ukraynanın müdafiə naziri general-leytenant Andrey Taran söyləyib.

Nazir bildirib ki, Türkiyə Ukraynanın ən çətin zamanlarında həmişə yanında olub.

“Ukraynanın müdafiə gücünün artırılmasında, milli və regional əməkdaşlıqda Türkiyə strateji tərəfdaşıdır”, – deyə Andrey Taran əlavə edib.

Nazir vurğulayıb ki, Ukrayna Müdafiə Nazirliyi Türkiyə şirkətləri ilə mühüm müqavilələr imzalayıb və bu istiqamətdə işlərini davam etdirir.

Exit mobile version