Ukraynalı deputat: Azərbaycanın 44 günlük müharibədə Qələbəsi ədalətin təntənəsinin mühüm örnəyidir

Tokio, 7 noyabr , /AJMEDIA/

Azərbaycan bizim yaxın tərəfdaşımızdır və uzun müddət işğal altında olmuş ərazilərini tamamilə azad etmiş azərbaycanlıların sevincini bölüşürük.

AJMEDIA xəbər verir ki, bu fikirləri Ukrayna Ali Radasının xalq deputatı Sergey Naqornyak ifadə edib. O vurğulayıb: “Ukraynalılar ərazilərin işğal edilməsinin nə demək olduğunu yaxşı bilirlər. Biz də Ukrayna torpaqlarının mümkün qədər tez azad edilməsini istəyirik. Bilirik ki, Azərbaycanın ərazilərinin bir hissəsi uzun müddət işğal altında olub və bu günlərdə Şuşa şəhəri 28 il davam edən işğaldan sonra özünün azadlığa qovuşmasını qeyd edəcək.

Biz işğala məruz qalmış Azərbaycan şəhərləri və kəndlərinin sakinlərinin hansı əziyyətləri çəkdiyini başa düşürük. Bu gün biz qardaş Azərbaycan xalqının sevincini bölüşürük, şadıq ki, bu ərazilər artıq işğaldan azad olunub, indi reinteqrasiya keçiriləcək, şəhər və kəndlər bərpa olunur. Bu proseslər həmin ərazilərdə həyatı canlandırır, insanların ümidlərini artırır, onlar başa düşürlər ki, nəhayət, müharibə başa çatıb və doğma torpaqları işğaldan azad olunub, Azərbaycan öz dövlət suverenliyini tam bərpa edib və özünün qanuni sərhədləri çərçivəsində mövcudluğunu davam etdirəcək”.

Ukraynalı deputatın sözlərinə görə, Azərbaycanın öz suverenliyini tam bərpa etməsi Qarabağ münaqişəsinə münasibətdə həmişə onun yanında olmuş Ukrayna üçün də mühüm hadisədir. O vurğulayıb: “Biz Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləmişik və düşünürəm ki, 44 günlük müharibədə qazanılmış Qələbə ədalətin təntənəsinin çox mühüm örnəyidir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts