Ukraynadan təxliyə olunan Azərbaycan vətəndaşı: Ölkəmizə rahat şəkildə geri döndüyümüz üçün dövlətimizin başçısına minnətdarıq

Tokio, 1 mart , /AJMEDIA/

Azərbaycana rahat şəkildə geri döndüyümüz üçün dövlətimizin başçısı İlham Əliyevə minnətdarıq.

AJMEDIA xəbər verir ki, bu sözləri Ukranyadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edərək Rumıniyadan təxliyə olunan Azərbaycan vətəndaşı Rüstəm Hüseynov deyib.

Ukraynanın Kiyev vilayətinin Bravarı şəhərində yaşayan soydaşımız bildirib ki, fevralın 24-də onunla birlikdə bir qrup Azərbaycan vətəndaşı Ukraynanı tərk edərək öncə Moldovaya, oradan isə Rumıniyaya keçib. “Daha sonra isə Azərbaycan Hava Yolları”nın həyata keçirdiyi çarter reysi ilə Vətənə döndük. Bir daha Vətənə dönməyimiz üçün yaratdığı şəraitə görə Prezident İlham Əliyevə təşəkkür edirik”, – deyə R.Hüseynov qeyd edib.

Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edərək Rumıniyaya keçən bir qrup Azərbaycan vətəndaşının “Azərbaycan Hava Yolları” təşkil etdiyi çarter reysi ilə təxliyəsi həyata keçirilib. Ümumilikdə 176 vətəndaşımız Azərbaycana geri dönüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts