Tokio, 7 mart , /AJMEDIA/
Ukraynadakı atışmalar zamanı Böyük Britaniyanın “Sky News” telekanalının əməkdaşları yaralanıblar.
AJMEDIA xəbər verir ki, telekanalın müxbiri Stüart Ramsey və onun dörd həmkarının olduğu maşın atəşə tutulub. Hadisə zamanı Ramsey belindən vurulub, operator Riçi Mokler isə 2 güllə yarası alıb. Maşından çıxaraq zavodda gizlənməyi bacaran jurnalistləri polis xilas edib.
Böyük Britaniyanın Baş naziri Boris Conson şəxsi tviter səhifəsində açıqlama verərək, “Sky News” telekanalının əməkdaşlarının cəsarətini yüksək qiymətləndirib, onların həqiqəti çatdırmaq üçün həyatlarını riskə atdıqlarını vurğulayıb.
Qeyd edək ki, “BBC”, “CNN” və “Bloomberg” kimi xəbər agentlikləri Rusiyadakı fəaliyyətlərini müvəqqəti dayandıracaqlarını açıqlayıblar.