Ukraynada soydaşımız medalla təltif olunub

Tokio, 21 oktyabr , /AJMEDIA/

Ukraynada yaşayan soydaşımız, Qazaxıstanın Xarkovdakı fəxri konsulu, Xarkov Diplomatiya Klubunun prezidenti Emin Nəcəfli medalla təltif olunub.
AJMEDIA xəbər verir ki, Qazaxıstanın Ukraynadakı səfiri Darxan Kaletayev Emin Nəcəflini Qazaxıstan Respublikasının Xarici İşlər Naziri adından Ukrayna və Qazaxıstan arasında diplomatik münasibətlərin 30 illik yubileyi münasibətilə ordenlə təltif edib.
Səfir yüksək qiymətə və sıx əməkdaşlığa görə soydaşımıza təşəkkür edib.
Qeyd edək ki, E.Nəcəfli 2021-ci ilin dekabrın sonlarında TÜRKSOY tərəfindən də medalla təltif olunub. O, TÜRKSOY-un “Albay” xatirə medalına layiq görülüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts