Ukraynada Qolodomor qurbanlarının xatirəsi anılır

Tokio, 25 noyabr , /AJMEDIA/

Noyabrın 25-i Ukraynada Qolodomor qurbanlarının xatirə günü kimi qeyd edilir.

AJMEDIA xəbər verir ki, xatirə günü hər il noyabrın dördüncü həftəsinin şənbə günü keçirilir.

Ukraynada 1932-1933-cü illərdə Qolodomorun milyonlarla qurbanının xatirəsi yad edilir. Bu il faciənin 90-cı ildönümü Rusiyanın genişmiqyaslı işğalı kontekstində qeyd olunur. Faciə qurbanlarının xatirəsi yerli vaxtla saat 16:00-da bir dəqiqəlik sükutla anılır, sonra bütün ölkə ərazisində “Şam yandır” aksiyası başlayır. Həmin gün ölkə ərazisində Ukraynanın dövlət bayraqları endirilir.

Qolodomor qurbanlarının xatirə günü rəsmi olaraq 1998-ci ildən qeyd edilir. Mərasim ilk on ildə Kiyevdəki Mixaylov meydanında keçirilib. 2008-ci ildə “Qolodomor qurbanları memorialı” Milli Muzeyi açıldıqdan sonra anım mərasimi orada təşkil olunur.

Ukrayna Milli Elmlər Akademiyasının Ptuxa adına Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun məlumatına görə, Qolodomor faciəsi nəticəsində 3 milyon 943 min ukraynalı həlak olub. Tarixçilər isə qurbanların sayının təqribən 7-10 milyon olduğunu iddia edirlər .

2006-cı ildə Ali Rada Qolodomor hadisələrini ukraynalılara qarşı soyqırımı aktı kimi qiymətləndirib. 2010-cu ildə məhkəmə qərarı ilə İosif Stalinin və onun tərəfdaşlarının Ukrayna xalqının bir hissəsini məhv etmək niyyəti sübut olunub

Follow us on social

Facebook Twitter Youtube

Related Posts