Ukraynada Leninin ən böyük heykəli hərraca çıxarılıb

Tokio, 24 iyun , /AJMEDIA/

    Ukraynada Vladimir Leninin ən böyük bürünc heykəli hərraca çıxarılıb.

    AJMEDIA xəbər verir ki, bu barədə Kiyevin nəzarətində olan Zaporojye şəhər şurasının katibi Regina Xarçenko məlumat verib.

    Dövlət satınalma sisteminə görə, Leninin bürünc heykəlinin çəkisi 12,3 tondur. Bununla yanaşı, 24,36 kiloqram ağırlığında “Lenin”in yazıldığı bürünc hərflər və kompozisiyaya daxil olan digər heykəllər də satılır. Abidənin başlanğıc qiyməti 259,5 min dollardır. Alış üçün müraciətlər daha 17 gün ərzində qəbul ediləcək.

    “Ukrinform” agentliyinin məlumatına görə, abidə hələ 2016-cı ildə sökülüb. Bu il iyunun 6-da yerli hakimiyyət orqanları sökülən heykəli hərrac yolu ilə satmaq qərarına gəlib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts