Ukrayna portalında Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc edilib

Tokio, 14 iyun , /AJMEDIA/

Ukraynanın “Kyiv Diplomatic” saytında soydaşımız, “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” ictimai təşkilatının sədri, hüquq elmləri doktoru professor Arif Quliyevin 15 İyun – Milli Qurtuluş Günü və Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş məqaləsi yerləşdirilib.

AJMEDIA xəbər verir ki, məqalədə Azərbaycan xalqının həyatında bir çox əlamətdar hadisələrin Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd edilir. Bildirilir ki, bu dahi, müdrik və qətiyyətli insanın liderliyi olmasaydı, gənc dövlətin taleyini təsəvvür etmək çətin olardı.

“1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycanda həyatın bütün sahələrində kəskin dönüş baş verdi. Respublikada ictimai-siyasi sabitlik bərqərar edildi, parçalanma və dövlət çevrilişi təhlükəsi aradan qalxdı, ən əsası, Heydər Əliyev milli həmrəyliyə nail olmaqla öz doğma xalqını vahid ideologiya ətrafında birləşdirə, sabaha inam hissi aşılaya bildi. Heydər Əliyevin müstəqil və sabit dövlət quruculuğu istiqamətində atdığı addımlar sayəsində Azərbaycanın milli maraqlarının keşiyində durmağa qadir olan Milli Ordu yaradıldı. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması üçün əlindən gələni əsirgəmirdi”, – deyə məqalədə qeyd olunur.

Müəllif daha sonra yazır: “Ümummilli Lider Heydər Əliyev siyasi kursda davamlılığın möhkəm əsasını qoydu. Heydər Əliyevin dövlət quruculuğu və iqtisadi dirçəliş sahəsində gərgin əməyi nəticəsində Azərbaycan Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın sürətlə inkişaf edən dövlətləri sırasına daxil olub. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib.

İyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və bu, bütün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin çox qısa müddətdə hakimiyyətə gəlməsi ilə bağlıdır. Bununla da Ulu Öndər Azərbaycanı iqtisadi və siyasi böhrandan çıxararaq müstəqil güclü dövlətə çevirdi. Heydər Əliyev siyasətinin layiqli davamçısı, onun vəsiyyətlərini yerinə yetirən Prezident İlham Əliyevin mötəbər təşkilatlarda parlaq çıxışları, erməni millətçiləri üzərində aparılan debatlarda rəhbərlik etdiyi qrupun inamlı qələbələri Azərbaycanda haqlı qürur hissi doğurur”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts