Tokio, 1 dekabr , /AJMEDIA/
Polşanın yükdaşıma kompaniyalarının tətili səbəbindən təxminən 2,1 min yük avtomobili Ukraynaya keçmək üçün növbəyə durub.
AJMEDIA xəbər verir ki, Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko bu barədə Rada telekanalına deyib.
Qeyd edək ki, polşalı yükdaşıyıcıları noyabrın 6-dan başlayaraq Ukrayna ilə sərhədi bağlayıb. Onlar Avropa İttifaqının ukraynalı həmkarlarına verdiyi güzəştlərin ləğvini, əsasən də Ukraynanın yükdaşıma kompaniyaları üçün məcburi lisenziya prosedurunun bərpasını tələb edirlər.
Nəqliyyat blokadası başlayandan bəri sərhəddə növbə gözləyən iki ukraynalı sürücü ölüb. Ukraynanın logistika kompaniyaları hər gün 160 min avro itirir. Sərhədin bağlanması səbəbindən Polşadan Ukraynaya yük daşımalarının qiyməti üç dəfədən çox artıb. Avropa kompaniyaları isə sifarişlərin həcmini azaltmağa başlayıb.