UEFA Avropa Liqasının qalibi müəyyənləşib

Tokio, 19 may , /AJMEDIA/

Mayın 18-də UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulub.
AJMEDIA xəbər verir ki, turnirin həlledici görüşündə Almaniyanın “Ayntraxt” və Şotlandiyanın “Reyncers” klubları üz-üzə gəlib.
Sevilya şəhərindəki “Ramon Sançes Pisxuan” stadionunda oynanılan final görüşü “Ayntraxt” klubunun qələbəsi ilə yekunlaşıb – 1:1, pen. 6:5.
Oynanılan qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk qolu 57-ci dəqiqədə Qlazqo təmsilçisi vurub. Rəqib müdafiəçinin səhvindən yararlanan Co Aribo komandasını önə keçirib. Lakin “Reyncers”in üstünlüyü çox çəkməyib. 69-cu dəqiqədə Rafael Borre tarazlığı bərpa edib. Əlavə vaxtda hesab dəyişmədiyindən qalibi müəyyənləşdirmək üçün penalti zərbələrindən istifadə olunub. Burada daha dəqiq oynayan “Ayntraxt” Avropa Liqasının qalibi olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts