UEFA Avropa Liqası: Bu gün “Qarabağ” klubu Yunanıstanda “Olimpiakos”un qonağı olacaq

Tokio, 6 oktyabr , /AJMEDIA/

Ağdamın “Qarabağ” klubu bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxacaq.
AJMEDIA xəbər verir ki, Ağdam təmsilçisi G qrupunun üçüncü turunda Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.
Georgios Karaiskakis stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək.
Oyun öncəsi Ağdam klubunun heyətində ciddi itki yoxdur. Yalnız Marko Yankoviçin meydana çıxıb-çıxmayacağı sual altındadır. Meydan sahiblərindən isə Tomaş Vatslik, Yussef Əl-Arabi, Usseynu Ba, Panayotis Retsos və Tanasis Andrutsos görüşü buraxacaqlar.
Qrupun digər oyununda “Frayburq” Almaniyada Fransanın “Nant” klubunu qəbul edəcək.
Hesabında 6 xal olan “Frayburq” qrupda birinci pillədə qərarlaşıb. “Qarabağ” 3 xalla ikinci, “Nant” isə üçüncü yerdədir. “Olimpiakos”un isə hesabında xal yoxdur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts