Tviter əsas simvolundan imtina edir

Tokio, 23 iyul , /AJMEDIA/

Tviter sahibi İlon Mask sosial şəbəkənin loqosunun tezliklə dəyişdiriləcəyini açıqlayıb.
AJMEDIA xəbər verir ki, bu barədə o, tviter sosial səhifəsində məlumat verib.
“Tezliklə biz tviter brendi ilə və tədricən bütün “quşlar”la vidalaşacağıq”, – deyə İ.Mask öz səhifəsində yazıb.
O, həmçinin tviter üçün mümkün gələcək dizaynı dərc edib. Bu, qara fonda X hərfini təmsil edir. Lakin dizaynın son variantı hələ razılaşdırılmayıb.
Qeyd edək ki, ötən ilin oktyabrın 7-də İ.Mask tviteri almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. Bundan dərhal sonra o, bir sıra menecer üzvlərini işdən çıxarıb. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının məlumat bazasında yerləşdirilən sənədlərdən belə məlum olur ki, İMask həm də direktorlar şurasını ləğv edib və şirkətin yeganə rəhbəri olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts