Tokio, 10 dekabr , /AJMEDIA/
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimində bu il üzrə TÜRKSOY Media Mükafatının və TÜRKSOY-un xüsusi mükafatının da təqdimatı olub.
AJMEDIA xəbər verir ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov TÜRKSOY Media Mükafatını Agentlik adından qəbul edib.
Bundan əlavə, “Ədəbiyyat və incəsənət” xəbər portalının baş redaktoru Varis Yolçuyev (Azərbaycan), “AIQYN” qəzetinin baş redaktoru Amangəldi Kurmet, “Xabar 24” televiziyasının müxbiri Merüyert Pambetova (hər ikisi Qazaxıstan), Qırğızıstan Respublikası Milli Televiziya və Radio Şirkətinin (UTRK) müdiri Bolotbek Tillebayev, “AKİPress” İnformasiya Agentliyinin baş redaktoru Alina Sagınbayeva (Qırğızıstan), Özbəkistanda nəşr olunan “Mədəniyyət” qəzetinin baş redaktoru Dilbahor Hudayberdiyeva, “Özbəkistan 24” televiziyasının müdir müavini Şunkor Choriyev, yazıçı və televiziya icmalçısı Mesut Hakkı Caşın, televiziya proqram müəllifi və aparıcısı Pelin Çift, “Esrarengiz Azərbaycan” proqramın müəllifi və aparıcısı Esra Gezginci (hər üçü Türkiyə) və başqaları təşkilatın mükafatına layiq görülüb.
Qeyd edək ki, bağlanış mərasimi Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə keçirilir.