Tokio, 11 mart , /AJMEDIA/
Türkmənistanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi bu il martın 19-da “Oğuzhan Saray” Kompleksində keçiriləcək.
AJMEDIA xəbər verir ki, bu barədə dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov Nazirlər Kabineti və Dövlət Təhlükəsizlik Şurasının birgə iclasında deyib.
Q.Berdiməhəmmədov qeyd edib ki, andiçmə mərasimindən sonra təntənəli tədbirlər qəbul Mərkəzində davam etdiriləcək.
Nazirlər Kabinetinin və Dövlət Təhlükəsizlik Şurasının birgə iclası Türkmənistanda martın 12-nə təyin edilmiş prezident seçkilərinin təşkili məsələlərinə həsr olunub. Ölkədə prezidentlik uğrunda 9 namizəd mübarizə aparır. Ölkədə fəaliyyət göstərən siyasi partiyalardan üçü – Demokrat, Aqrar, Sənayeçilər və Sahibkarlar Partiyası, 6 namizəd isə vətəndaşların təşəbbüs qrupları tərəfindən irəli sürülüb.
Hazırda Türkmənistan prezidenti vəzifəsinə namizədlərin Aşqabadda və ölkənin regionlarında seçicilərlə görüşləri, eləcə də digər təşviqat tədbirləri başa çatıb.
Türkmənistanda və xarici ölkələrdə 2600-dən çox seçki məntəqəsi yaradılıb.