Türkmənistandakı səfirliyimizdə qeydiyyatda olan seçicilərin 90,53 faizi prezident seçkilərində iştirak edib

Tokio, 8 fevral , /AJMEDIA/

Azərbaycanın Türkmənistandakı səfirliyində əhatə dairəsi üzrə qeydiyyatda olan vətəndaşlarımızın 90,53 faizi növbədənkənar prezident seçkilərində iştirak edib.

Səfirlikdən AJMEDIA-ya bildiriblər ki, növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar diplomatik nümayəndəlikdə 48 nömrəli seçki məntəqəsi təşkil edilmişdi.

Müvəqqəti olaraq Türkmənistanda yaşayan və burada ezamiyyətdə olan vətəndaşlarımız seçki fəallığı nümayiş etdiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts