Türkmənistanda “Dubaydan Bakıya Yol – COP29 öncəsi” adlı tədbir keçirilib

Tokio, 12 iyun , /AJMEDIA/

Aşqabad şəhərində Türkmənistan Xarici İşlər Nazirliyinin, BMT-nin Türkmənistandakı Rezident Əlaqələndiricisinin Ofisi, Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Türkmənistandakı səfirliklərinin təşkilatçılığı ilə “Dubaydan Bakıya Yol – COP29 öncəsi” adlı tədbir keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə məruzəçilər çıxış edərək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasının (COP28) sonrakı fəaliyyətlərə dair yeniliklərin təqdim edilməsi və bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29 sammitinə hazırlıqların müzakirəsi, eləcə də yaşıl enerjiyə keçid və metan emissiyalarının azaldılması istiqamətində fikir mübadiləsi aparılıb.

“Our land. Our future. We are #GenerationRestoration” devizi altında baş tututan tədbirdə Davamlı İnkişaf Məqsədləri (SDG) səfirlərinin, tələbələrin, könüllülərin və eko-fəalların iqlim dəyişikliyi ilə bağlı keçirilən konfranslarda xüsusi töhfələri vurğulanaraq, onların 2023-cü ildə Dubayda keçirilən COP28 çərçivəsində Qlobal Gənclik İqlim Konfransında (LCOY23) yaxından iştirak etdiyi qeyd olunub.

Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov çıxış edərək bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini bildirib, həmçinin Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı həyata keçirdiyi layihələr, ölkəmizdə yaşıl enerji istiqamətdə görülən işlərə diqqət çəkib. Səfir Azərbaycanda keçiriləcək qlobal əhəmiyyətli COP29 ilə bağlı iştirakçıları məlumatlandırıb, həmçinin könüllülərin COP29-un təşkilində də mühüm rol oynayacağını bildirib. Bu xüsusda COP29-da könüllülərin iştirakını təşkil etmək üçün “volunteers.cop29.az” portalının istifadəyə verildiyini və portalda 16 minə yaxın namizədin qeydiyyatdan keçdiyini, təxminən 3000 yerli və beynəlxalq könüllünün prosesə cəlb olunmasının gözlənildiyini qeyd edib.

Səfir Azərbaycan, BƏƏ və Braziliyanın həmsədrliyi ilə COP sədrləri üçlüyünə diqqət çəkərək iqlimlə bağlı fəaliyyətin gücləndirilməsinə təkan verən cari və gələcək COP sessiyalarına sədr ölkələr arasında əməkdaşlığın, eləcə də davamlılığı daha da yüksəltmək üçün COP sədrlikləri üçlüyünün (Troika) əhəmiyyətinə toxunub. Qismət Gözəlov bildirib ki, Azərbaycan və Türkmənistan alternativ enerji və iqlim dəyişikliyi ilə bağlı həyati məsələlərin həllində inamla irəliləyirlər. Sevindirici haldır ki, hər iki ölkə neft və təbii qazla zəngin olsa da, ölkələrimiz metan emissiyası öhdəliklərinə sadiq qalaraq iqlim dəyişikliyi layihələrinə töhfə verirlər: “Biz əminik ki, qardaş Türkmənistan da bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29 sammitinə öz töhfəsini verəcək”.

Həmçinin səfir minaların dağıdıcı təsirinə diqqət çəkərək Azərbaycan ərazilərində mövcud mina təhlükəsi, habelə onun yaratdığı ciddi ekoloji və humanitar fəsadlardan danışıb, minaların və partlamamış sursatların ətraf mühitə təhlükə, mülkü əhalinin mədəni irsinə zərər vurmaqla yanaşı, son nəticədə dayanıqlı inkişafa maneçilik törədən kəskin problem olduğunu vurğulayıb.

Tədbirdə COP29-la bağlı video-çarx və fotolar nümayiş olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts