Tokio, 15 mart , /AJMEDIA/
Türkmənistanın hazırkı Prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğlu, hakim Demokratik Partiyanın namizədi Sərdar Berdiməhəmmədov seçicilərin 72,97 faizinin səsini toplayaraq prezident seçkilərinin qalibi olub.
AJMEDIA Türkmənistan KİV-nə istinadla xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.
“Türkmənistan Seçki Məcəlləsinin 76-cı maddəsinə və Mərkəzi Seçki Komissiyasının 2022-ci il 14 mart tarixli qərarına əsasən, 72,97 faiz səs toplayan Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Sərdar Qurbanqulu oğlu Berdiməhəmmədov Türkmənistanın seçilmiş prezidenti olub”, – deyə Seçki Komissiyasının saytında yerləşdirilən məlumatda bildirilir.
Komissiyanın məlumatına görə, Türkmənistanda martın 12-də keçirilmiş növbədənkənar prezident seçkilərində 3 milyon 362 min 52 nəfər və ya qeydə alınmış seçicilərin 97,17 faizi iştirak edib. Digər səkkiz namizəd isə 1,08-2,22 faizə qədər səs toplaya bilib.