Tokio, 17 avqust, /AJMEDIA/
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində terrorçuların hədəflərinə növbəti zərbələr endirib.
Bu barədə AJMEDIA Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir.
Nazirliyin məlumatına əsasən, qadağan olunmuş PKK təşkilatının 9 yaraqlısı zərərsizləşdirilib.
Türkiyə Müdafiə Nazirliyindən daha əvvəl bildirilib ki, bu il yanvarın 1-dən avqustun 15-dək Türkiyə ordusu bölgədə ümumilikdə 1725 terrorçunu zərərsizləşdirib. Onlardan 845-i İraqın şimalında, 880-ni isə Suriyanın şimal bölgəsində məhv edilib.
Daha əvvəl Türkiyə Daxili İşlər Nazirliyi PKK terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 222 nəfərin saxlanıldığını açıqlayıb.