Türkiyəli tanınmış futbolçu sabiq klubuna məşqçi kimi qayıdıb

Tokio, 29 dekabr , /AJMEDIA/

Türkiyənin “Antalyaspor” komandası ilə yollarını ayıran Nuri Şahin Almaniyanın “Borussiya” (Dortmund) klubuna məşqçi təyin olunub.

AJMEDIA klubun rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli mütəxəssis sabiq komandasının baş məşqçisi Edin Terziçin texniki heyətində yer alacaq. Onunla yanaşı, “sarı-qaralar”ın digər keçmiş futbolçusu Sven Bender də eyni vəzifədə çalışacaq. Hər iki veteran futbolçu ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, 2001-ci ildə “Borussiya”ya transfer olan Nuri Şahin fasilələrlə ümumilikdə 11 il dortmundluların formasını geyinib. Sven Bender isə 2009-2017-ci illərdə Almaniya nəhəngində çıxış edib

Follow us on social

Facebook Twitter Youtube

Related Posts