Türkiyədən Özbəkistana 200 min doza “Sinovac” peyvəndi və “Favipiravir” dərmanı göndərilib

Tokio, 13 Oktyabr, /AJMEDIA/

Bu gün Türkiyədən Özbəkistana humanitar yardım kimi 200 min doza “Sinovac” peyvəndi və COVID-19-un müalicəsində istifadə olunan 20 min qutu “Favipiravir” dərmanı gətirilib.

AJMEDIA Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bununla da ölkəyə humanitar yardım kimi göndərilən və alınan vaksinlərin ümumi sayı 28,67 milyon dozaya çatıb.

Hazırda Özbəkistanda “ZF-UZ-VAC2001”, “AstraZeneca”, “Sputnik V”, “Moderna” və “Pfizer/BioNTech” peyvəndlərindən istifadə olunur. Sabahdan “Sinovac” Özbəkistanda istifadə edilən altıncı peyvənd olacaq.

Bildirilir ki, bu günədək əhalinin 5,32 milyon nəfəri peyvənd edilib, 22,95 milyon doza vaksin istifadə olunub.

İlin sonunadək 7 milyon nəfərin peyvənd olunması nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts